Bia.Az

KTMT-dən Ermənistanla bağlı qərar

Siyasət
 28-11-2022, 01:12     211

KTMT Ermənistana yardım üçün tam tədbirlər kompleksini, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi təklif edib.


Axar.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Stanislav Zas deyib.

"Vəziyyət sadə deyil, Ermənistan - Azərbaycan sərhədində, demək olar ki, hər gün atışmalar baş verir. Ümumiyyətlə, KTMT-nin Ermənistana yardım təklifi kompleksi fərqlidir: siyasi-diplomatik, hərbi, sərhədə missiyanın göndərilməsi... Bunlar vəziyyəti real olaraq dəyərləndirməyə imkan verəcək”, - Zas bildirib.скачать dle 12.1