Bia.Az

Prezidentin İranla bağlı sözlərinə səfir Musəvinin “reaksiyası” – Foto

Siyasət
 26-11-2022, 01:43     186

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev İranla və İranda yaşayan azərbaycanlılarla bağlı bir çox məsələlərə daha konkret və birbaşa toxunub.

Yenipress.az xəbər verir ki, Azərbaycan lideri İranın 30 illik işğal zamanı Araz çayının sahilində bir dəfə də olsun hərbi təlim keçməməsinə, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra isə bir neçə ay ərzində sərhədlərimizdə iki dəfə hərbi təlim keçirməsinə diqqət çəkib və Tehranın bu hərəkətlərini sadəcə seyr etməklə kifayətlənməyəcəyini bildirib. XTQ-nin Araz sahilində təliminin də buna cavab olduğunu birbaşa diqqətə çatdırıb.

Prezident İlham Əliyev eyni zamanda Güney azərbaycanlıların hüquqlarına, təhsil haqlarına da toxunub. Bildirib ki, İranda erməni məktəbləri olduğu halda Azərbaycan məktəbləri yoxdur. O, həmçinin bu məsələlərin İranın daxili işlərinə qarışmaq olmadığını, sadəcə, azərbaycanlıların təhsil hüququnun qorunması üçün bütün platformalarda mübarizə aparılacağının anonsunu verib.

Prezident İlham Əliyevin İranla bağlı bu açıq və net fikirlərinə isə İranın Bakıdakı səfiri Abbas Musəvi dolayısı ilə reaksiya verib.
O, İran bayrağının üzərində yumruq fotosu paylaşaraq, “Bu, bizim İrandır” deyə qeyd edib.скачать dle 12.1