Bia.Az

RUSİYA İNDİ DƏ UKRAYNANI “ALLAHSIZLIQDA” GÜNAHLANDIRIR - Və Ermənistanın “üsulundan” istifadə edir

Siyasət
 24-11-2022, 12:26     167

Məlum olduğu kimi, müharibənin ilk günlərindən başlayaraq, Ukrayna cəmiyyəti ölkədəki Moskvaya bağlı olan rus Pravoslav Kilsəsinin fəaliyyətindən narazı idi. Çünki hər zaman Kremlin təbliğatçısı və agent yuvası olan bu kilsələrdə Ukraynaya qarşı işğalçılıq müharibəsinə və bu torpaqlarda törətdiyi saysız-hesabsız hərbi cinayətlərə baxmayaraq, Rusiyanın təbliğatı aparılır, ona dualar edilirdi.

Ukrayna mətbuatında dərc edilən məlumatlara və ayrı-ayrı təhlükəsizlik mütəxəssislərinin bildirdiyinə görə, həmin kilsələr Rusiya xüsusi xidmət orqanlarının agentləri ilə doludur və onların müxtəlif cinayət tərkibli fəaliyyətləri məlumdur.

Nəhayət, ötən gün Ukrayna təhlükəsizlik orqanları və polis sözügedən kilsənin Kiyev və Rovenskdəki şöbələrində əməliyyatlar keçirib. Rəsmi məlumata görə, sözügedən kilsələrin ruhanilərinə qarşı cinayət işi açılıb. Onlar hələ ki, yalnız işğalçı dövlətin təbliğatında günahkar bilinir. Həmçinin, kilsələrdə Rusiyanın təbliğat materialları, bununla bağlı kitablar, eləcə də xeyli miqdarda nağd pul aşkarlanaraq götürülüb. Eləcə də bu “obyektlər”də şübhəli Rusiya vətəndaşların müəyyən edildiyi qeyd olunur.

Bütün bunlar gözlənildiyi kimi, Kremldə hiddətlə qarşılanıb. Rusiya XİN-in birmənalı olmayan reputasiyası ilə tanınan sözçüsü Mariya Zaxarova rəsmi Kiyevin bu addımını “Allahsızlıq” adlandırıb: “Bu, sadəcə total Allahsızlıqdır. Bunun heç bir izahı və bəraəti yoxdur və ola bilməz”.

Putinin sözçüsü Dmitri Peskov isə bunu “rus pravoslav kilsəsinə qarşı müharibə” adlandırıb.
Maraqlıdır ki, bütün bunları 9 aydır Ukraynanın şəhərlərini, kəndlərini viran qoyan, on minlərlə dinc insanın ölümünə, milyonlarla ukraynalının öz vətənindən didərgin düşməsinə səbəb olan, Mariupolda, Buçada, İrpendə və digər şəhərlərdə misli görünməmiş qətliamlar törədən, bu günsə qışın ortasında milyonlarla pravoslav ukraynalını qazsız, susuz, işıqsız qoyan bir işğalçı dövlətin rəhbərliyində təmsil olunan adamlar deyir.

Bu, eynilə torpaqlarımızı uzun illər işğalda saxlayan, məscidlərimizi təhqir edən, günahsız, dinc vətəndaşlarımızı qətlə yetirən Ermənistanın Azərbaycanı “dini məbədlərə qarşı cinayətlərdə” günahlandırmasına bənzəyir və bir daha göstərir ki, bütün işğalçılar bir-birinə bənzəyir və onların həyasızlığının, iküzlülüyünün, riyakarlığının həddi-hüdudu olmur…

Qeyd edək ki, bu məlumatda söhbət Moskva Patriarxlığının tabeliyindəki Ukrayna Pravoslav Kilsəsindən gedir. Moskva Patriarxlığının qolu olan Ukrayna Pravoslav Kilsəsi Patriarx Kirilin ruhani hakimiyyətinə tabedir. Ukraynanın Müstəqil Pravoslav Kilsəsi də var ki, bu kilsə Moskva Patriarxlığına tabe deyil./“AzPolitika.info”/скачать dle 12.1