Bia.Az

ADR-in Ali Məhkəmədən istəyi var

Siyasət
 23-11-2022, 15:19     14

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası dövlət qeydiyyatına alınmaq yolunda daha bir addım atıb.

Novator.az-a danışan partiya funksioneri Hüseyn Məlik deyib ki, noyabrın 22-də Ali Məhkəməyə rəsmi şikayət təqdim olunub. Qurumu vəkil Hafiz Həsənov təmsil edir.

ADR Partiyası 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb. Təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Həmin il noyabrın 11-də, 2022-ci il martın 16-da, iyulun 5-də və avqustun 26-da dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə sənədlər təqdim olunsa da, partiya hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığı vurğulanıb, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb. Ali Məhkəməyə şikayətdə həmin qərarın ləğvi istənir.

ADR Partiyasına iqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professoru Qubad İbadoğlu sədrlik edir. Qurumun rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı və başqa şəxslər yer alır.скачать dle 12.1