Bia.Az

“Kiyev rus şəhəridir” – Medvedevdən tarix “dərsi”

Siyasət
 22-11-2022, 01:34     155

Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, ölkənin keçmiş Prezidenti və Baş naziri, siyasi dairələrdə «cib prezidenti», araq düşkünü kimi tanınan Dmitri Medvedev Ukraynanın «Krımı geri qaytarmaq» barədə niyyətinə cavab verib. O, bildirib ki, qaytarılmalı olan Krım yox, «rus şəhəri Kiyevdir».

«Hərdən düşmənin bəyanatına təkcə diplomatik yox, həm də hansısa başqa örtülü məna kəsb edən bəyanatına cavab vermək lazım gəlir. Cavab verirəm: Burada, Kiyev zooparkında artıb çoxalmış müxtəlif tarakanlar daim hədələyirlər - «Krımı geri qaytarmaqla».

Məqsəd aydındır: ətrafdakı müxtəlif cücüləri ürəkləndirmək və zoopark müdirinə göstərmək ki, onlar hələ də bir tikə qida üçün tarakan yürüşünə qadirdirlər. Demək olar ki, favorit-tarakan kimi. Məşhur kiyevli Mixail Bulqakovun «Boq» pyesindəki yanıçar kimi…» - “cib prezidenti” özünün teleqram-kanalında yazıb. On görə, o, qeyd edib, danılmaz faktları onlara xatırlatmaq lazım gəlir:

1. Kiyev qəlim Rusiyanın paytaxtıdır.
2. Kiyev - Rusiya imperiyası tərkibində nəhəng «mladorusiya» şəhəridir.

Sözsüz, hər kəsə aydındır ki, bu məsələ tarixçilərin çözməli olduğu mübahisədir və hesab edirəm ki, ukraynalı tarixçilər sübut edəcəklər ki, qədim Ukrayna dövlətinin tarixi bir alkaşın «girə biləcəyi kol» deyil. Bununla belə, Kivev barədə bəzi bəlli həqiqətləri dilə gətirmək istəyirəm.

Əvvəla, qeyd etmək istəyirəm, ukraynalı aydınlar yazırlar ki, Kiyev Ukrayna dövlətinin abad şəhəri olduğu bir vaxtda, Moskva keçilməz bataqlıqdan ibarət olub.

İkincisi, Ukrayna şairi Taras Şevçenko öz şeirlərində işğalçı rusları kinayə ilə «moskal» adlandırıb.

Üçüncüsü, milliyyətcə kumık olan aradırmaçı Murad Acı yazır ki, ümumiyyətlə, «rus» adlı millət yoxdur. Bunun təsdiqi kimi, o, yazır ki, bu kəlimə «kim» yox, «kiminkidir» («russkiy») sualına cavab verir. Ardınca Murad müəllim bu kəlimənin yaranma tarixinə toxunur. Onun yazdığına görə, “russkiy” kəliməsi isveçlilərin əsarəti dövrünə təsadüf edir. Məsələn, işğal dövründə yerli ruslar isveçliləri hündür boylu və sarışın saçlı olduqları üçün «rosskiy» (uca boylu) adlandırıblar. Və o zaman qarşıya çıxan yerli təhkimli kəndli görəndə soruşublar - kimindir (çey)? Cavab belə olurmuş: «rosskiy». Sonradan, bu söz təhrif edilərək, «russkiy» formasını alıb…

Nəhayət, əgər gerçəkdən də Kiyev rus şəhəri olsaydı, Putin ordusu bu qədim şəhəri bombardman edib də dağıtmazdı - yoxsa ki, viranə şəhər hansı məqsədlə ruslara lazım olub?

Mirzə AĞ
AzPolitika.infoскачать dle 12.1