Bia.Az

“TÜRKİYƏNİ DİZ ÇÖKDÜRMƏK İSTƏYİRLƏR” – “Nəzərə alınmalı 2 əsas məqam var...”

Siyasət
 15-11-2022, 01:02     149

"Qərb bu yolla Türkiyəni diz çökdürmək istəyir. Amma Türkiyə bu oyunlara gəlməyəcək. Biz 40 ildir ki, terrorla və terrorçularla mübarizə aparırıq. Bu, Türkiyənin öhdəsindən gələ biləcəyi bir məsələdir".

Bunu ehtiyatda olan türkiyəli general Yücel Karauz ötən gün İstanbulda baş verən terror hadisəsini "AzPolitika.info"-ya şərh edərkən deyib.
General xarici qüvvələrin 2 əsas məqsədinin olduğunu açıqlayıb:

"Birincisi, son illər Türkiyənin terrora və terrorçulara qarşı apardığı mübarizədir. Türkiyə İraqda və Suriyada terrorçulara göz açdırmır. Aparılan mübarizələr nəticəsində Türkiyə daxilindəki terrorçuların sayı 100-ə enib. Xaricdəki və daxildəki terror təşkilatlarının təsir imkanlarının getdikcə azalması sonda belə bir əks reaksiyaya səbəb oldu. İkinci və ən vacib məqam isə Türkiyənin izlədiyi siyasətdən imperial dövlətlərin narahat olmasıdır. Türkiyənin Qarabağ və Rusiya-Ukrayna müharibəsində tutuduğu mövqe, "Mavi Vətən" məsələsi, Liviyadakı fəaliyyəti, Suriya və İrqada terror dövlətinin qurulmasına icazə verməməsi, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı olması kimi məsələlər başda ABŞ olmaqla, Avropanı idarə edən böyük imperial gücləri narahat edir".

"Terror təşkilatının adının ASALA, İŞİD və ya PKK olmasının heç bir anlamı yoxdur. Bu terror təşkilatları imperial dövlətlərin kəşfiyyat gücləri vasitəsilə yaradılır, yetişdirilir, təchiz edilir və sonda "dondurucu"ya qoyulur. Lazım olanda isə "dondurucu"dan çıxarıb istifadə edirlər. Hesab edirəm ki, bu hadisə imperial güclərin oyununun bir parçasıdır. Burada diqqət edilməli 2 əsas məqam - hadisənin G-20 sammiti ilə üst-üstə düşməsi və növbəti ildə Türkiyədə keçiriləcək prezident seçkiləridir",- Y. Karauz bildirib.
скачать dle 12.1