Bia.Az

Min ildə bir ələ düşən fürsət yaranıb: Güney üçün bunu etməliyik

Siyasət
 11-11-2022, 14:08     158

- Azərbaycanın Cənubda yaşıyan soydaşlarımızın haqq və azadlıqlarının pozulmasına dair söz sahibi, “yumşaq güc” kimi davranması üçün məmləkətin örnək ölkə olması artıq strateji hədəfə çevrilməlidir;

- Azərbaycanın Orta Asiyasa Türk Respublikalarına təsirinin artması üçün məmləkətin insan haqları, rifah, iqtisadi azadlıqlarla bağlı nümunə ölkə olması artıq olmazsa-olmazdır;

- Azərbaycanın Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların (azərbaycanlı = vətəndaşlıq = üst kimlik) məmləkətə iqtisadi, siyasi, sosial, mədəni inteqrasiyası üçün ölkəmizin bölgədə haqq və azadlıqların tam təmin edildiyi, hüququn üstünlüyünün öndə olduğu ölkəyə çevrilməsi artıq məmləkət üçün həm də təhlükəsizlik məsələsidir;

- Azərbaycanın dünyanın yeni logistik mərkəzinə, Şərqi Qərbə, Cənubu Şimala, türk respublikalarını bir-birə bağlayan, birləşdirən körpüyə, “xaba” çevrilməsi üçün ölkənin gömrük-vergi, hüquq-mühafizə, məhkəmə sistemi tam yeni, ədalətli təməllər üzərində inşa edilməlidir.
Azərbaycan üçün tarixi fürsət, 1000 ildə bir dəfə yarana biləcək imkanlar açılıb, fürsətlərin, inkanların dəyərləndirilməsi üçün indiki idarəetmə və iqtisadi sistem yaramır, bu yükü qaldıra bilmir-bilməyəcək, yəni, ölkənin demokratikləşməsi, sistem, idarəetmənin fəlsəfəsinin dəyişməsi, iqtisadi açılım, hüququn üstünlüyü, bu məsələlər artıq qulağa xoş gələcək tezislər deyil də, məmləkətin tarixi fürsətləri reallaşdıra bilmək üçün vazkeçilməz və təxirəsalınmaz hədəflərinə çevrilməlidir – başqa yol, sadəcə yoxdur.

Natiq Cəfərliскачать dle 12.1