Bia.Az

DTX-nın SAĞLADIĞI NAZİR MÜAVİNİ İLƏ BAĞLI QƏRAR MƏLUM OLDU - Özü də açıqlama verdi (Yenilənib)

Siyasət
 4-11-2022, 14:34     174

Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev barəsində qətimkan tədbiri seçilib.

APA xəbər verir ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Onun barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.

***
DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan və sonradan sərbəst buraxılan, dünən isə Prezidentin sərəncamı ilə mədəniyyət nazirinin müavini vəzifəsindən azad olunan Elnur Əliyev “Gununsesi.info” saytına qısa açıqlama verib
.
Sabiq nazir müavini “Mən hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”, - deyə söhbəti yekunlaşdırıb./"AzPolitika"/скачать dle 12.1