Bia.Az

Qarabağ problemi yoxdursa, bəs, Xankəndidəki mitinq nədir?

Siyasət
 1-11-2022, 12:00     175

İlham Əliyev Putinin üzünə dedi ki, Qarabağ problemi yoxdur. düz etdi və dəstəkləyirik. Amma bu iş necə olacaq?! Xankəndində onlar hər gün mitinq edəcək, “rusməramlılar” onları qoruyacaq, biz də Bakıda oturub deyəcəyik ki, Qarabağ problemi həll olunub?! Görməzdən gələcəyik, fikir verməyəcəyik?! Nə vaxta qədər?

Yenipress.az xəbər verir ki, bu sözləri ReAL İH üzvü Natiq Cəfərli Azərbaycanın Xankəndi şəhərində erməni separatçıların keçirdiyi mitinq və Soçi görüşündə buna münasibət haqda qeyd edib.

Ekspert bildirib ki, dövlət olaraq hansı taktikanı seçdiyimiz bəlli deyil:

“Bütün bu suallar açıqdır, müzakirə olunmalı, çıxış yolları tapılmalıdır”.

N.Cəfərli bildirib ki, dünyanın hazırda sanksiyalar altında qalan iki ölkəsi – Rusiya və İran Ermənistanı bütün vasitələrlə dəstəkləyir:

“Bizim XİN niyə aqressiv şəkildə bu məsələni dünyaya təqdim edə bilmir?! Ermənistanı məhz bu iki aqressor-dövlətin dəstəklədiyindən niyə təbliğatda istifadə etmir?”скачать dle 12.1