Bia.Az

"İlham Əliyev Putinin gözünün içinə baxaraq bunu dedi" - Hadisə kimi ŞƏRH

Siyasət
 1-11-2022, 01:00     175

"Azərbaycan Prezidenti İlham Əliyev Soçiyə konkret sülh modeli ilə gedib. Ermənistan rəhbərinin Qarabağ məsələsi ilə bağlı gündəmə gətirdiyi, o cümlədən işğal olunmuş ərazilərlə əlaqədar arqumentlərini dərhal təkzib etməsi və Qarabağ probleminin 2 il əvvəl həll olunduğunu deməsi çox önəmli bir məsələdir".

Bunu Musavat.com-a politoloq Əziz Əlibəyli deyib.

eziz.jpg (84 KB)
Politoloq görüşün detallarından danışıb:
"Rusiya prezidenti dedi ki, Azərbaycanla Ermənistan mütləq sülh müqaviləsi bağlamalıdır, dil tapmalıdır. Bu da bölgəyə üçüncü digər qüvvələrin, o cümlədən Avropanın, Qərbin təklif etdiyi Brüssel və Vaşinqton planlarının dərhal qaldırılması və Moskva planının icrasına yol açılması deməkdir. Azərbaycan Prezidentinin istəyi üzərinə Rusiya rəhbərinin ifadə etdiyi - bölgədə kommunikasiyaların açılması, sülhə şərait yaradılması addımlarının atılması çox müsbət addımdır. Bu addımlar bizə imkan verməlidir ki, biz dərhal Azərbaycanın milli maraqlarını tam şəkildə müdafiə edək və sülh müqaviləsinin imzalanması yönündə Ermənistanı məcbur edək. Bölgəyə yönəlik təhlükəsizlik problemlərinin həllinə dair məsələlərin nəzərdən keçirilməsində də gördük ki, Rusiya bölgədə üçüncü qüvvələrin təmsil olunmasında maraqlı deyil. Azərbaycan tərəfi də bu marağı qəbul edir və təklif edir ki, dərhal bölgədə sülh müqaviləsinin imzalanmasına yönəlik bütün şərtlər qəbul edilsin. Azərbaycan tərəfi tələb edir ki, 2 illik sülh danışıqlarının reallaşması ilə bağlı Ermənistanın götürdüyü öhdəliklər dərhal icra olunsun.
Görüşün ən maraqlı detalı ilk növbədə Ermənistanın Rusiyanın çətiri altına sığınması idi.
putin-pasinyan.jpg (72 KB)
Bu, sözdə deyil, faktiki olaraq yağışlı havada vahid çətirdən istifadə etmələri oldu. Bu, çox ciddi mesajdır. Ermənistan nə qədər Qərbə yuvarlansa da, Paşinyan nə qədər Qərb agenturasının nümayəndəsi olsa da ən həlledici anda Rusiyanın qucağına oturmağı özü üçün əsas vəzifə hesab etdi. Biz o görüşdə də gördük ki, Ermənistan Azərbaycana tələ qurmaq hesabına, Qarabağ məsələsini, qondarma artsaxı gündəmə yatırmaq hesabına bu məsələni də gündəmə daşımışdı. Amma nəticədə yenə də Rusiyanın bir bədən üzvü olduğunu konkret göstərdi. Görüşə qədər Rusiyanın və başqa ölkələrin, o cümlədən də Ermənistanın Avropa İttifaqı xidməti ilə artsax məsələsi kifayət qədər qabardılmışdı. Azərbaycan Prezidenti açıq şəkildə qeyd etdi ki, Qarabağ məsələsi 2020-ci ildə bitib, bundan sonra əgər kimsə baş qaldırarsa, onun aqibəti məhv edilməsi olacaq. Eyni zamanda çoxlu şübhəli məqamlar var idi. O cümlədən Paşinyanın Putinlə görüşdə konspektdən istifadə etməsi.
288b994a7b0786e7b6357e217cc5ea57.jpg (115 KB)
Yəni bir ölkə rəhbərinin əvvəlcədən hazırlanmış tezislərlə görüşə getməsi o deməkdir ki, sənə hansı tezislər ötürülübsə, onu ifadə edə bilərsən. Rusiya 1, Rusiya 2 və İlham Əliyev görüşü keçirilib. Çünki əlahiddə hesab etdiyimiz Paşinyan anlayışı yoxdur. Adam tamamilə Rusiyadan ötürülmüş tezislər əsasında çıxış edir. Bu görüşün müqabilində biz Prezident İlham Əliyevin konret olaraq Qarabağ məsələsini dəfn etdiyini gördük - özü də bunu Putinin gözünün içinə baxaraq deməklə. Görüşdən dərhal sonra böyük bir ümid var ki, Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü davam edir. Bu həm də Qərbin sülh prosesində iştirakının məhdudlaşdırılması və blok edilməsi prosesidir".  скачать dle 12.1