Bia.Az

Molla rejimindən ağlasığmaz addım: etirazları yatırmaq üçün... – Şok iddia

Siyasət
 31-10-2022, 14:54     193

İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın hesab edilən “Fars News” teokratik rejimin etirazları yatırmaq üçün Livan “Hizbullah”ı və İraqda yerləşən “Həşd əş-Şaabi” yaraqlılarından istifadə etdiyi iddialarına toxunub. Əslində məqalə rejimin buna görə xaricdən gələ biləcək təhdidlərlə bağlı qorxularını ehtiva edir. Məqalədə “BBC Perisan” kimi media qurumlarında ardıcıl tirajlanan xəbərlərdən rejimin narahatlığı hiss olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazır.

Nəşrin iddiasına görə, molla rejimi iranlıları qətlə yetirmək üçün ərəbdilli yaraqlıların gətirilməsi ilə bağlı geniş yayılmış xəbərlərdən narahatdır ki, bu da daxildəki qəzəbi daha da genişləndirə bilər. Bu, İran rejiminin bu yaraqlıları ölkəyə gətirdiyi ilk hadisə deyil. SEPAH “Qüds” briqadası vasitəsilə onilliklər ərzində Yaxın Şərqdə ona lazım olan qüvvələri və şəxsləri dəstəkləyib. Belə silahlı birləşmələrin ən güclüsü Livandakı “Hizbullah”dır. “Hizbullah” İsraili və regionu təhdid edən 100 mindən çox raketlə mafiya ordusunu xatırladan terror qruplaşmasıdır.
İran İraqda canlı qüvvəsi 100 000 nəfərdən ibarət “Həşd əş-Şabi”ni də dəstəkləyir. “Həşd əş-Şabi”yə bağlı onlarla silahlı qruplaşma var. Qruplaşma İŞİD-ə qarşı mübarizə üçün səfərbər edilsə də, İraqda tarixi kökləri olan və uzun illər İranla işləyən “Kətaib Hizbullah” və “Bədr” kimi iranpərəst qrupları əhatə edir.
Əvvəllər İran rejimi etirazları necə yatırdığına dair xəbərlərə məhəl qoymurdu, amma indi daha həssasdır. Çünki rejim bilir ki, iranlılar xarici medianı oxuyurlar. Həmin media qurumları İran daxilində baş verənlər haqda dəqiq məlumatlar verirlər. Belə məlumatlar isə rejimi təhdid edir. Buna görə də rejim belə xəbərlərin qarşısını almağa can atır.
Rejim mediasının canfəşanlığından görünən budur ki, o, belə xəbərlərin kütləvi erirazlara ciddi təsir göstərdiyinə inanır.
Rejimi qorxudan həm də odur ki, onilliklər ərzində üzərində hökmranlıq etdiyi insanlar indi ilk dəfə ona və əsaslarına meydan oxuyurlar.
Rejimin sütunlarından biri xaricdəki şiə qruplaşmalarıdır. Buna görə də İran üçün müxtəlif regionlarda döyüşən belə qruplaşmaları dətəkləyir və yenilərini qurur. Xalqı qəzəbləndirən həm də İran rejiminin İraq, Suriya, Livan, Yəmən və Fələstindəki bu qruplaşmalarına dəstək üçün böyük pullar xərcləməsidir.скачать dle 12.1