Bia.Az

Türkiyədə Respublika Günü qeyd edilir

Siyasət
 29-10-2022, 12:10     199

Türk xalqının tarixində yeni dövr açan hadisə - Türkiyə Cümhuriyyətinin elan edilməsindən 99 il ötür.

APA-nın məlumatına görə, cümhuriyyətin elan edilməsi ilə dövlət idarəçiliyində “Suverenlik qeyd-şərtsiz millətindir” şüarı öz yerini tutub.
Hər il oktyabrın 29-da türk xalqı əsas milli bayramını - Respublika Gününü qeyd edir.

1923-cü ilin bu günü Türkiyə Cümhuriyyət elan edilib. 1925-ci il aprelin 19-da Türkiyə Böyük Millət Məclisi oktyabrın 29-nu milli bayram elan edib.

Gizli səsvermədə 158 deputatın hamısının səsini toplayan Mustafa Kamal (Atatürk) yeni Türkiyə dövlətinin ilk prezidenti seçilib
.
Bununla da dövlətin adı və idarə forması ilə bağlı mübahisələrə son qoyulub.скачать dle 12.1