Bia.Az

Əliyev-Paşinyan görüşünün yeri və tarixi açıqlandı

Siyasət
 26-10-2022, 23:31     185

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.

“Bəli, məndə olan məlumata görə, Baş nazir Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram”, - o bildirib.

Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.скачать dle 12.1