Xamenei xalqa çağırış etdi
İranın ali rəhbəri Müctəba Xamenei bəyanatla çıxış edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. “İşçi Günü” və “Müəllimlər Günü” münasibətilə yayılan müraciətin təsviri ictimaiyyətə təqdim olunub.
Bəyanatda həm zəhmətkeşlərin, həm də müəllimlərin cəmiyyətdəki rolu xüsusi vurğulanır, onların ölkənin inkişafında əsas dayaqlardan biri olduğu qeyd edilir.
Ali rəhbər çıxışında əhalini yerli məhsullara üstünlük verməyə çağırıb. O bildirib ki, ölkə daxilində istehsal olunan malların alınması yerli sahibkarların fəaliyyətinə dəstək verir, yeni iş yerlərinin yaradılmasına şərait yaradır və iqtisadi müstəqilliyi gücləndirir.
Bəyanatda Müctəba Xamenei əhalini yerli mal almaqla ölkədə istehsalla məşğul olan iş adamlarına dəstək verməyə çağırıb.









