Bia.Az

Pakistan baş naziri Türkiyəyə getdi

Region
 17-04-2026, 00:12     1 004

Pakistanın Baş naziri Şahbaz Şərif və xarici işlər naziri Məhəmməd İshaq Dar 5-ci Antalya Diplomatiya Forumunda (ADF) iştirak etmək üçün Türkiyəyə səfər ediblər.

Axar.az xəbər verir ki, bu barədə İshaq Dar X sosial şəbəkə hesabında məlumat yayıb.

"Səmimi qarşılama və türk qonaqpərvərliyinə görə minnətdarıq", - paylaşımda bildirilib.

O qeyd edib ki, ADF çərçivəsində maraqlı görüşlər gözlənilir:

"Panel müzakirələri, həmkarlarla görüşlər və əsas regional, qlobal problemlər üzrə konstruktiv fikir mübadiləsi ilə dolu bir proqramımız var".

Qeyd edək ki, Şahbaz Şərifin 15-18 aprel 2026-cı il tarixlərində Səudiyyə Ərəbistanı Krallığı, Qətər Dövləti və Türkiyə Respublikasına səfər edəcəyi açıqlanmışdı.скачать dle 12.1