Bia.Az

Regiona radiasiya yayılır? – Əraqçidan XƏBƏRDARLIQ

Region
 5-04-2026, 01:29     1 035

İranın Buşehr nüvə elektrik stansiyasına hücumlar regionu ciddi radioaktiv çirklənmə təhlükəsi qarşısında qoyur.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Baş katibi Antonio Quterreş, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi və təşkilatın Təhlükəsizlik Şurasına ünvanladığı məktubda qeyd edib.

Nazir bildirib ki, Buşehr nüvə elektrik stansiyasına qarşı davam edən hücumlar regionu ciddi radioloji təhlükə ilə üz-üzə qoyur və bu addımlar cavabsız qalmamalıdır. Onun sözlərinə görə, İranın dinc məqsədlərlə fəaliyyət göstərən nüvə obyektləri dəfələrlə hücuma məruz qalıb.

Əraqçi qeyd edib ki, mart ayı ərzində Natanz nüvə obyekti və Buşehr nüvə elektrik stansiyası də daxil olmaqla, bir sıra obyektlər bombardman edilib. Xüsusilə, Buşehr stansiyasına yaxın ərazilərə zərbələr endirilməsi ciddi radioaktiv yayılma riskini artırır.

Nazir əlavə edib ki, ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumları ağır humanitar və ekoloji nəticələrə səbəb ola bilər. Bu səbəbdən rəsmi Tehran beynəlxalq təşkilatları vəziyyətə təcili reaksiya verməyə çağırıb.скачать dle 12.1