Xamenei son 47 ildə ilk dəfə bunu etdi: Nə baş verir?
İranın ali rəhbəri Əli Xamenei son 47 ildə ilk dəfə “19 Bəhmən” (8 fevral) günü münasibətilə Hərbi Hava Qüvvələrinin komandirləri ilə ənənəvi görüş keçirməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr news” məlumat yayıb.
Qeyd olunub ki, hər il təşkil olunan görüş bu dəfə Tehranda İslam Respublikasının banisi Ruhullah Xomeyninin məqbərəsində baş tutub. Tədbirdə Hərbi Hava Qüvvələrinin komandirləri iştirak etsə də, Əli Xamenei mərasimə qatılmayıb.
Rəsmi qurumlar Xameneinin görüşdə iştirak etməməsinin səbəbləri ilə bağlı açıqlama verməsələr də, məsələnin təhlükəsizlik faktorlarından qaynaqlandığı düşünülür.
Xatırladaq ki, 19 Bəhmən 1357-ci ildə (miladi təqvimlə 8 fevral 1979-cü ildə) Şah dövrünün İmperiya Ordusuna daxil olan Hərbi Hava Qüvvələrinin texniki heyəti — “Hümafərilər” — Tehranda Ruhullah Xomeyni ilə görüşərək ona sədaqət andı içmişdi. Bu hadisə İran İslam İnqilabının əsas simvolik dönəmlərindən biri hesab olunur.









