Bia.Az

Xamenei Rusiyaya yox, bu ölkəyə qaçacaq – Əbdül Hüseyn

Region
 10-01-2026, 03:04     872

İranın xarici işlər naziri Abbas Əraqçinin ailə üzvləri ilə birlikdə Livana getdiyi və onların ölkədə qeyri-müəyyən müddətə qalacağı açıqlanıb.

Globalinfo.az “Unikal”a istinadla xəbər verir ki, bu barədə İraq əsilli livanlı jurnalist və tədqiqatçı Əbdül Hüseyn “X” sosial şəbəkəsində yazıb.
O bildirib ki, Əraqçi ailəsini Livana səfəri zamanı özü ilə aparıb.

Jurnalist qeyd edir ki, Əraqçi, həyat yoldaşı Arzu Əhmədvənd, qızı Sadat və iki oğlu — Seyidhüseyn və Seyidrza ilə birlikdə Beyruta gəlib. Ailənin Livandakı İran diplomatlarına məxsus şəxsi evlərdə yerləşdirildiyi və qalma müddətinin qeyri-müəyyən olduğu bildirilir.

Əbdül Hüseyn onu da bildirib ki, İranın ali rəhbəri Əli Xameneinin Moskvaya getməsi ehtimalı azdır. Jurnalistin fikrincə, Xameneinin mümkün təyinat yeri Beyrut ola bilər.скачать dle 12.1