Paşinyandan 44 günlük müharibə ilə bağlı etiraf: “Səhv etdim” – VİDEO
Ermənistan Baş Naziri Nikol Paşinyan 44 günlük müharibədən danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
Xəbəri videodan da izləyə bilərsiniz:
“44 günlük müharibənin qarşısını almaq üçün Qarabağ məsələsinin təsəvvür etdiyimiz legitimliyini beynəlxalq legitimliyə uyğunlaşdıracaq bir şey lazım idi. Nəzəri cəhətdən baxışları uzlaşdırmaq mümkün olsa da, praktiki olaraq belə deyildi.
Çünki 1990-cı illərin əvvəllərindən bizim Qarabağ məsələsinin həlli üçün təsəvvür etdiyimiz legitimlik ilə beynəlxalq ictimaiyyətin təqdim etdiyi legitimlik bir-birindən ayrılmışdı və aralarında uçurum yaranmışdı. Biz ilk addım olaraq Qarabağın Azərbaycanın bir hissəsi olmasını qəbul etməli idik, başqa variant yox idi. Əgər düşünürsünüzsə ki, bunu 2018-2019-cu illərdə edə bilərdik, o zaman bəli, bu, mənim səhvimdir”- o qeyd edib.
Nikol Paşinyan şərhlərdə onu günahlandıran vətəndaşlara da cavab verib:
“Əlbəttə ki, 44 günlük müharibənin yaranmasında mən məsuliyyət daşıyıram. Həmçinin 2022-ci ilin oktyabr ayından bəri həyata keçirdiyimiz siyasətlə bağlı da bu belədir. Qarşıdan gələn seçkilərdə məsuliyyətimizi xalq müəyyən edəcək”.









