İstanbulda güclü partlayış baş verdi: yaralılar var
Türkiyənin İstanbul şəhərində ikimərtəbəli binalardan birinin zirzəmisində partlayış baş verib.
Axar.az xəbər verir ki, hadisə Bağcılar rayonunun "15 Temmuz" məhəlləsində qeydə alınıb.
Partlayış nəticəsində 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.









