Türkiyə 6,1 balla silkələndi: əhali küçələrə töküldü, dağıntı var
Türkiyənin Balıkesir vilayətinin Sındırqı ilçəsində 6,1 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yeraltı təkanlar İzmir, İstanbul, Aydın kimi şəhərlərdə də güclü hiss edilib.
Zəlzələ əhali arasında panikaya səbəb olub.
***
Balıkesirdə baş verən zəlzələ nəticəsində dağıntılar qeydə alınıb.
Vilayətin Sındırqı ilçəsində bir neçə bina uçub.
***
AFAD başda olmaqla, ölkənin bütün aidiyyəti qurumları səfərbər edilib və əraziyə baxış işlərinə başlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib.









