Bia.Az

Qazaxıstanda prezident idarəetmə sistemi ləğv edilir?

Region
 14-10-2025, 12:01     632

“Qazaxıstanda parlament islahatlarının həyata keçirilməsi zamanı ölkədə prezident idarəetmə sistemi aktual olaraq qalacaq”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

Tokayev parlament islahatına həsr olunmuş işçi qrupunun ilk iclasında bildirib:

“Dövlətimizin əsaslı modernləşdirilməsi strategiyasını davam etdirmək vacibdir. Bu zaman “Güclü prezident, nüfuzlu parlament, hesabatlı hökumət” konsepsiyasına əsaslanmaq lazımdır. Beləliklə, prezident idarəetmə sistemi ölkəmizdə öz aktuallığını qoruyacaq”.скачать dle 12.1