Bia.Az

“Artıq qardaş deyilik” – Ermənistan Prezidentindən Rusiya AÇIQLAMASI

Region
 12-09-2025, 01:30     750

Rusiya ilə münasibətlər artıq “kiçik qardaş-böyük qardaş” anlayışı ilə ölçülmür, əksinə tam tərəfdaşlıq prinsipləri əsasında qurulub.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “RTVI” telekanalına müsahibəsində bildirib.

“Hazırda Rusiya ilə münasibətlər tamamilə fərqlidir – tərəfdaşlıq münasibətləri. Rusiyanın Ermənistana münasibəti böyük və ya kiçik qardaş kimi deyil, sadəcə olaraq tərəfdaşlıq münasibətləridir. Biz son 4 ildə buna can atırıq”, – o qeyd edib.

Xaçaturyan əlavə edib ki, Ermənistan iqtisadiyyatını şaxələndirməyə nail olub və ölkə Moskvanın erməni hakimiyyətinin müstəqil qərarlarını nəzərə alacağına ümid edir.скачать dle 12.1