Bia.Az

Rusiyada güclü zəlzələ: Ölkəmizdə də hiss edildi

Region
 27-08-2025, 01:01     719

Xəzər dənizi sahillərində 5,5 bal gücündə zəlzələ baş verdi.

Axar.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, zəlzələ Bakı vaxtı ilə saat 00:33-də Dağıstan Respublikasının İzberbaş şəhəri yaxınlığında, yerin 10 km dərinliyində qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Zəlzələ Bakı, Sumqayıt və Azərbaycanın bir sıra rayonlarında da hiss edilib.скачать dle 12.1