“Axmaqlar Azərbaycanla vuruşmağa hazırlaşırlar” – Sergey Auslender
“Rusiya–Azərbaycan münasibətlərinin gərginləşməsi hərbi və informasiya müstəvisində də özünü göstərməkdədir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi jurnalist Sergey Auslender deyib.
“Axmaqlar Azərbaycanla vuruşmağa hazırlaşırlar,” – deyə Auslender bildirib. Onun sözlərinə görə, Rusiya mediasında Azərbaycana qarşı informasiya təzyiqləri artıb:
“Dünən ən yaxşı dostlar, bu gün isə “Bakı bizimdir, Xəzər bizimdir, Azərbaycanı Lenin yaradıb” kimi lazımsız tezislər tirajlayırlar”.
Auslender bölgənin coğrafiyasına və hərbi reallıqlara da diqqət çəkib.
“Azərbaycanla Rusiya arasında 270 kilometrlik quru sərhədi var. Buranın böyük hissəsi dağlıqdır, burada döyüş aparmaq çətindir. Azərbaycan isə yüksək dağlıq ərazilərdə döyüş təcrübəsinə malikdir”.
Həmçinin oxuyun:
Qarabağda mina basdırılması ilə bağlı yeni faktlarO qeyd edib ki, Azərbaycan ordusu Qarabağ müharibəsində qələbə qazanıb, bu isə xalq və ordu üçün motivasiya baxımından böyük üstünlükdür. Jurnalist deyib ki, Rusiya ordusunun böyük hissəsi Ukraynada cəbhədədir və əlavə bir müharibə resurs çatışmazlığı səbəbilə real təhlükə yaradır.
Auslender Türkiyə faktorunu da vurğulayıb:
“Qafqazda döyüş əməliyyatlarına hazır olan Türkiyənin 9-cu Ordu Korpusu var. Bu amili də nəzərə almaq lazımdır”.
Sonda jurnalist Kreml rəhbərliyinə eyham vuraraq bildirib:
“Kreml Fürerinin hər kəsi düşmənə çevirməkdəki istedadı artıq heç kimi təəccübləndirmir”.
Tahir Turan
Globalinfo.az









