Bia.Az

Ukraynalı polkovnikin qətlində sensasion detal – qatillər azərbaycanlıdır?

Region
 14-07-2025, 00:50     766

İyulun 10-da Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniç Kiyevdə öldürülüb. Qətlin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) iki əməkdaşı tərəfindən törədildiyi deyilir. Sui-qəsd səsboğucu tapançadan istifadə etməklə həyata keçirilib. Polkovnik aldığı güllə yaralarından hadisə yerində keçinib. 

Globalinfo.az xarici mənbələrə istinadla bildirir ki, İvan Voroniç işğal altındakı ərazilərdə separatçı liderlərin ləğvi ilə bağlı bir sıra uğurlu əməliyyatların təşkilatçısı olduğu üçün Rusiya xüsusi xidmət orqanlarının “ölüm siyahısı”nda imiş. Bildirilir ki, həmçinin İvan Voroniç Rusiyada həyata keçirilmiş məşhur dron hücumunun planını cızanlardan biridir. Həmin hücum zamanı Rusiyaya 7 milyard dollarlıq ziyan dəymişdi.
Böyük Britaniyanın “standard.co.uk” saytı yazır ki, sui-qəsdi həyata keçirən iki nəfər olub. Qtilərdən biri 34 yaşlı Nərmin Quliyevadır. İddia olunur ki, o, azərbaycanlıdır. Kişi qatilin kimliyi isə hələ ki, Ukrayna tərəfinə məlum deyil. Başqa mənbələr isə iddia edirlər ki, kişi qatil də azərbaycanlıdır. Onun adı Xaqani Quləlizadədir.

Həmçinin oxuyun:

Voroniçin qətli ilə bağlı əməliyyat keçirildi: Saxlanılanlar var

Voroniç Ukrayna Xüsusi Əməliyyat Mərkəzinin 16-cı İdarəsinin 1-ci bölməsinin böyük əməliyyatçısı idi.

Ukraynada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu bildirib ki, polkovnik İvan Voronicin qatilləri bu gün (13 iyul 2025-red.) xüsusi əməliyyatla zərərsizləşdirilib. Jurnalistin iddiasına görə, qatillər Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşlığa cəlb etdiyi Azərbaycan vətəndaşlarıdır. Onlar 1981-ci il təvəllüdlü Güləlizadə Xəqani və xanımı, 1991-ci il təvəllüdlü Quliyeva Nərmindir.


Globalinfo.azскачать dle 12.1