“İki dövlət, tək ordu!” – Yaşar Güler Qarabağdan danışdı

“Türkiyə və Azərbaycan arasında təkcə iki dövlət münasibətləri deyil, əbədi və əzəli qardaşlıq bağları mövcuddur”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankaradakı Qazi Evində Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə keçirilən tədbirdə deyib.
Mərasimdə çıxış edən türkiyəli nazir Azərbaycan Silahlı Qüvvələrinin bugünkü gücünün həm Azərbaycan, həm də bütün Türk dünyası üçün qürur mənbəyi olduğunu bildirib.
Həmçinin oxuyun:
Yaxın Şərqdə görünməyən cəbhə: İran daxilində elə oyun başlayıb ki…“Belə kritik bir şəraitdə ölkələrimizin bütün sahələrdə güclü və çəkindirici olması artıq seçim deyil, zərurətdir. Türkiyə və Azərbaycan arasında təkcə iki dövlət münasibətləri deyil, əbədi və əzəli qardaşlıq bağları mövcuddur. Tarix boyu sevinci də, kədəri də bölüşmüş xalqlarımız çətin günlərdə bir-birinin yanında olmuşdur. Bu birlik bu gün də, sabah da davam edəcək”, – o qeyd edib.
Yaşar Güler Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı zəfəri xüsusilə vurğulayıb:
“Qarabağda dalğalanan Azərbaycan bayrağı bizim üçün böyük qürur mənbəyidir. Azərbaycan xalqı 30 il ərzində bir gün belə haqqından vaz keçmədi və öz torpaqlarına dəyərli ordusu ilə qovuşdu. Bu zəfər həm də Qafqazda sülh və sabitlik üçün yeni imkanlar açır. Azərbaycan Ordusunun hər bir əsgəri Qarabağda namus bildiyi torpaq uğrunda qanı ilə tarix yazdı. Bu mübarizə və qələbə milli-mənəvi dəyərlərə bağlılığın təcəssümüdür”, – deyə nazir əlavə edib.