“İsrail hücumdan əvvəl bizə dedi ki…” – Rubio

“İrana edilən hücumlarda iştirak etmirik. Tək məqsədimiz ABŞ qüvvələrini qorumaqdır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
O bildirib ki, İsrail hücumdan əvvəl Vaşinqtona məlumat verib və bunu öz müdafiəsi üçün etdiyini vurğulayıb.
“Prezident Donald Trampın tapşırığı ilə bölgədəki qüvvələrimizi qorumaq üçün bütün addımları atırıq. Həmçinin bölgə ilə təmasdayıq”, – Rubio əlavə edib.