Bia.Az

Rusiyadan Azərbaycana şok MESAJ

Region
 12-06-2025, 00:15     506

“Ümid edirik ki, Bakı və İrəvan NATO ilə əməkdaşlığı dərinləşdirməyin doğuracağı riskləri tam qiymətləndirəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O, alyansın Cənubi Qafqaz regionunun gələcəyi üçün yaxşı heç nə vəd etmədiyini bildirib:

“Qərbpərəstlərin əsas məqsədi regionda sabitliyi pozmaq və yeni gərginlik ocaqları yaratmaqdır. Ümid edirik ki, həm Bakı, həm də İrəvan narahatlığımızı anlayır”.

Zaxarova Moskvanın Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal almadığını vurğulayıb.

XİN rəsmisi həmçinin qeyd edib ki, Kreml Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Azərbaycanın haqlı narahatlığı barədə məlumatlıdır:

“Onlar Ermənistanın qonşu ölkələri barədə casusluq edirlər. Təbii ki, İrəvan qarşısında hesabat vermirlər, regionda sabitliyə xidmət etmirlər”.скачать dle 12.1