Tbilisidə aksiya: Şəhərə giriş-çıxış bağlandı, xəsarət alanlar var

“Tbilisi Mall” yaxınlığında keçirilən etiraz aksiyası zamanı bir neçə nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
Məlumatda bildirilib ki, aksiya zamanı hüquq-mühafizə orqanları əməkdaşları ilə etirazçılar arasında bir neçə toqquşma baş verib. Toqquşma zamanı bir neçə nəfər xəsarət alıb.
Aksiya zamanı yaralananları təcili yardım briqadaları hadisə yerindən aparıblar. Yaralananlar arasında telekanal operatoru da var.
***
18:44
“Tbilisi Mall”da keçirilən aksiyada iştirakçılar Gürcüstan paytaxtından giriş-çıxışı qismən məhdudlaşdırıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, aksiyada yüzə yaxın insan iştirak edib. Etirazla əlaqədar əraziyə yüzlərlə polis xüsusi təyinatlısı cəlb olunub, çox sayda saxlanılanlar var. Gürcüstan DİN etirazçılara müraciət edərək qanunla müəyyən edilən çərçivəni aşmamağa çağırıb və strateji əhəmiyyətli yolun bağlanmasının cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnəcəyinə dair xəbərdarlıq edib. Hazırda ərazidə gərginlik davam edir.
Etirazçılar aksiyalar zamanı saxlanılanların azadlığa buraxılmasını, yeni seçkilərin keçirilməsi kimi tələblər irəli sürürlər. Polisin müdaxiləsi zamanı xəsarət alanların olduğu bildirilir.