ABŞ razılıq verdi: “Türk axını” vurulur – Lavrov

“ABŞ enerji infrastrukturuna qarşı terror hücumlarının gerçəkləşməsinə razılıq verir. “Türk axını” kəmərini sıradan çıxarmaq planları var”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“ABŞ-a heç bir sahədə rəqibə ehtiyac yoxdur. Onlar “Şimal Axını”nın ardınca “Türk axını”nı da sıradan çıxarmaq istəyirlər”, – o bildirib.
Lavrovun sözlərinə görə, ABŞ və müttəfiqləri beynəlxalq arenada Rusiya, Çin və digərlərinə qarşı sanksiya siyasətini rəqiblərinə aqressiv təzyiq metodu kimi istifadə edir.