Bia.Az

Avropalı deputatlar Tbilisidəki aksiyaya qoşuldular

Region
 13-12-2024, 00:27     599

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir.

Teleqraf.com xəbər verir ki, aksiyaya Gürcüstanda səfərdə olan Avropa Parlamentinin üzvləri də yürüş edərək qoşulublar.

Onlar bildiriblər ki, Gürcüstan Avropaya məxsusdur və ölkə avrointeqrasiya yolundan yayınmamalıdır.

Aksiya səbəbindən Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. İştirakçılar etirazlarını dinc şəkildə ifadə edirlər.
Analoji aksiya Batumi şəhərində Acarıstanın hökumət evinin qarşısında da təşkil olunub.

Qeyd edək ki, Tbilisidə kütləvi etiraz aksiyaları 15-ci gündür keçirilir.скачать dle 12.1