Bia.Az

Ərdoğan Putinlə razılaşdı: Həmin şəxs Moskvada qalacaq – Bakı detalı

Region
 11-12-2024, 01:31     495

Suriyada hökumətin devrilməsindən sonra eks-prezident Bəşər Əsədin Rusiyaya qaçdığına dair yayılan məlumatlar Dəməşqin Moskvadakı nümayəndəliyi tərəfindən təsdiqləndi.

Bəzi ekspertlərin fikrincə, Əsədin Rusiyaya sığınması Türkiyə ilə münasibətləri gərginləşdirəcək. Beləliklə, Moskva və Ankaranın Yaxın Şərqdə mövqelərinin kəsişməsi nəticəsində yaranan fikir ayrılığı daha da güclənəcək. Bakının hər iki müttəfiqi arasında gərginliyin artacağı təqdirdə necə bir yol izləyəcəyi isə suallar doğurub.

Bu məsələ Azərbaycanın Türkiyə və Rusiya ilə münasibətlərinə necə təsir edəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Suriyadakı vəziyyət Moskva ilə Ankara arasında münasibətləri pisləşdirməyəcək:

“Doğrudur, Türkiyə faktiki olaraq Rusiyanı bölgədən çıxardı. Lakin, fikrimcə, bu məsələ öncədən razılaşdırılıb. Bu səbəbdən rəsmi Moskva Suriyadakı proseslərə ciddi müdaxilə etmədi. Ümumiyyətlə, Ankara vaxtı düzgün seçdi, Bəşər Əsəd rejiminin devrilməsi tam da Moskvanın diqqətinin Ukraynaya yönəldiyi vaxta təsadüf etdi. Odur ki, Rusiya Suriyada qalmaq əvəzinə, qoşunlarını Ukraynaya çəkməyə üstünlük verdi”.

08bZbRHikP1Dwhs6SRea
Kənan Novruzov

K.Novruzovun sözlərinə görə, Rusiya və Türkiyə bir-birilərini yaxşı anlayırlar:

“Bu, həm də liderlərin şəxsi münasibəti ilə bağlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyadakı proseslərdən sonra səsləndirdiyi, “Dünyada iki lider qalıb – mən və Rusiya Prezidenti Vladimir Putin”, – ifadəsi də göstərir ki, tərəflər arasında razılıq əldə olunub. Nəticə olaraq Ankara Moskvanın ritorikasından razı qalıb. Odur ki, Azərbaycan heç də seçim qarşısında deyil”.

Turan Rzayev
Globalinfo.az
скачать dle 12.1