Rusiyadan Gürcüstandakı seçkilərin nəticəsinə REAKSİYA

Qərbin Gürcüstanda hakimiyyət dəyişikliyi ilə bağlı planı uğursuzluğa düçar oldu.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov deyib.
“Yəqin ki, Gürcüstanda narazılıqlar olacaq, amma görünür, Qərbin müxalifət vasitəsilə rejim dəyişikliyi istəyi anlaşılmazlıqla qarşılaşıb. Qərbin planı o idi ki, Gürcüstanı yarımmüstəmləkə etsin. Lakin bu, gürcü seçicisini cəlb etmir”, – o bildirib.