“Növbəti demarkasiya bu ərazilərdə aparılacaq” – Keryan

“Əminəm ki, növbəti demarkasiya prosesi Qeqarkunik (Basarkeçər), Sünik (Zəngəzur) və Vaykda (Paşalı) aparılacaq”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Qaqik Keryan deyib.
O bildirib ki, bunun ardınca növbəti yer Naxçıvan ərazisi olacaq.
“BRİKS-in Kazan sammitində bildirildi ki, bəndlərin 90 faizi razılaşdırılıb. Ola bilər ki, 10 faiz razılaşdırılmayan məsələlərə görə proses dayansın.
Yaxud mümkündür ki, razılaşdırılmayan bu bəndlər İrəvanın təklif etdiyi kimi ertələnsin. Bu, məntiqli təklifdir”, – deyə Keryan vurğulayıb.