Bia.Az

İrəvan sərhədə qoşun yığdı, Zakir Həsənov göstəriş verdi – Nələr gözlənilir?

Region
 15-10-2024, 13:06     518

Ermənistan Müdafiə Nazirliyi hərbçiləri avtobuslarla Azərbaycanla şərti sərhədə göndərir. Bununla bağlı “Bez Tormozov” Teleqram kanalı görüntülər paylaşıb. Kanal iddia edib ki, Ermənistan Azərbaycanla şərti sərhədə hərbi texnika da yeridir.

Oktyabrın 12-də Azərbaycan müdafiə naziri Zakir Həsənov videokonfrans zamanı ordunun hazırlığı ilə bağlı göstərişlər verdi.
Bu proses nədən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Araz Aslanlı deyib ki, Azərbaycanın istəyi uzunmüddətli sülhə töhfə verəcək bir müqavilənin imzalanmasıdır:

“Baxmayaraq ki, Ermənistanın həm sərgilədiyi mövqe, həm də verdiyi bəyanatlar sabit deyil. Rəsmi İrəvan gah sülhdən danışır, gah şərti dövlət sərhədinə qoşun toplayır, gah da havadarlarının dəstəyi ilə sistematik şəkildə silahlanır.

Azərbaycan üçün isə siyasət ardıcıldır. Rəsmi Bakı regionda sülhə nail olmaq istəyir. Bu sülh daimi olmalıdır. Azərbaycan üstüaçıq məsələlərlə sülh müqaviləsi imzalamaq istəmir. Çünki bu halda münaqişə gələcəkdə yenidən alovlana bilər. Həm Ermənistan, həm də havadarları ötəri sülh imzalamağa çalışır. Bu isə bizim maraqlarımıza uyğun deyil”.


Araz Aslanlı

Politoloq qeyd edib ki, rəsmi Bakı torpaqlarını işğaldan azad etdikdən sonra quruculuq işlərinə başlayıb:

“Hətta bu proses sülh müqaviləsi olmadan, müharibə gedə-gedə aparıldı. Bu bir daha ölkəmizin regionda sülhdə, əməkdaşlıqda maraqlı olduğunu göstərir. Regionda marağı olan kənar qüvvələr isə bunu istəmir.

Ermənistanın təxribat xarakterli addımları birbaşa xarici havadarların təlimatı ilə bağlıdır. Xüsusilə Qərb bu məsələdə çox aktivdir. Azərbaycan Qərbin planlarını pozmağa çalışır, lakin bu proses belə sülhə hesablanıb”.скачать dle 12.1