Bia.Az

Ukrayna çağırış etdi: Putin Türkmənistanda həbs oluna bilər

Region
 11-10-2024, 01:07     531

Ukrayna Roma Statutunu imzalamayan ölkəni Putini həbs etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda Rusiya lideri Beynəlxalq Cinayət Məhkəməsinin barəsində order verdiyi “müharibə cinayətkarı” adlandırılıb.

Ukraynalı diplomatlar həmçinin Türkmənistanın  beynəlxalq hüquq normalarına və BCM-in qərarlarına hörmətlə yanaşacağına ümid etdiyini bildiriblər.

Xatırladaq ki, Putinin Türkmənistana səfəri nəzərdə tutulub. Aşqabadda Kreml rəhbərinin İran prezidenti Məsud Pezeşkianla görüşü də planlaşdırılır.скачать dle 12.1