Bia.Az

İrəvanda “səfərbərlik” çağırışı: Zəngəzurla bağlı yeni plan var

Region
 10-10-2024, 11:03     411

Moskvada MDB dövlət başçılarının görüşündən sonra Zəngəzur dəhlizinin açılması məsələsi Ermənistanda yenidən gündəmə gəlib.

Ötən günlərdə İrəvanın keçmiş meri, erməni aktyor Ayk Marutyanın şousunda sərgilədiyi Ermənistan xəritəsində Zəngəzur ərazinin olmaması erməni ictimaiyyətində dəhlizlə bağlı iddiaları gücləndirib. Qazaxın kəndlərinin Azərbaycana təhvil verilməsindən sonra İrəvanın növbəti addım kimi dəhlizi açacağı iddia edilir.

Bununla erməni ictimai rəyi baş verəcək proseslərə hazırlanır? Zəngəzur ərazisindən keçən yol koridor, logistika təyinatı ilə Azərbaycanla Ermənistan arasında razılaşdırılmış şəkildə istifadəyə verilə bilərmi?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Ermənistan tərəfi Zəngəzur dəhlizinin mütləq şəkildə açılacağının fərqindədir:
“Çünki ortada Azərbaycan rəhbərliyinin yüksək səviyyəli siyasi iradəsi və bu layihəyə göstərilən böyük maraq var. Ona görə də Ermənistan rəhbərliyinin dəhlizin açılması məsələsindən yayınması çətin olacaq.


Zeynal Əmrəliyev

İrəvanın keçmiş meri, aktyor Ayk Marutyan isə şousunda Zəngəzuru Ermənistandan kənarda saxlamaqla əhalini qıcıqlandırmağa çalışıb. Marutyan göstərmək istəyir ki, guya Zəngəzur Ermənistanın əlindən çıxır. Ona görə də erməni xalqı səfərbər olmalıdır. Yəni bu, əslində düşünülmüş plandır. Zəngəzur dəhlizinin açılmasını istəməyən qüvvələr var. Onlar erməni xalqını bu məsələyə qarşı çıxmaq üçün ayağa qaldırmaq və beləliklə prosesə mane olmaq istəyirlər. Paşinyan hökuməti isə labüd olan məsələ üzərindən bazarlıq etməyə çalışır”.

Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması üçün Qazaxın kəndləri məsələsi gündəmə gətirilə bilər:

“Ancaq bu, absurd vəziyyətin yaranmasına səbəb olar. Qazaxın kəndləri beynəlxalq hüquqla tanınmış Azərbaycan əraziləridir. Zəngəzur dəhlizi isə sadəcə nəqliyyat yoludur. O ərazi yenə Ermənistan torpağı olaraq qalacaq. Bu səbəblə Azərbaycan heç vaxt Ermənistanın bu oyunu ilə razılaşmaz. Yaxşı olar ki, İrəvan Zəngəzur dəhlizinin açılmasını iki ölkə arasında logistik təyinatlı yol kimi qəbul etsin. Kommunikasiyaların yaradılması regionda ən çox Ermənistanın xeyrinədir”.скачать dle 12.1