Bia.Az

İrəvandan Putinin ağrılı nöqtəsinə zərbə – Rusiyanın cavabı sərt olacaq

Region
 7-09-2024, 00:54     370

Ermənistanda 2024-2025-ci tədris ili üçün qüvvəyə minən yeni dövlət standartlarına əsasən “Rus dili” bir sıra siniflərdə məcburi fənn statusundan çıxarılıb. 2-8 və 10-cu siniflərdə bu dil sadəcə xarici dil fənni kimi həftədə ümumi 2 saat tədris ediləcək.

Bu qərar Ermənistanın Rusiyadan uzaqlaşma prosesində növbəti addım kimi dəyərləndirilir. Rəsmi Kreml üçün həssas olan bu məsələyə sərt reaksiyanın veriləcəyi deyilir.

Globalinfo.az-a danışan Turab Rzayev deyib ki, sözügedən qərar Ermənistan-Rusiya münasibətlərinə ciddi zərər verəcək:

“Rusiya və Prezident Vladimir Putin üçün rus dilinin tədrisi çox mühümdür. Kreml bu məsələyə diqqət edən ölkələrə ehtiram göstərdiyi halda, rus dili əleyhinə siyasət yürüdən dövlətlərə qarşı aqressiv mövqe sərgiləyir.


Turab Rzayev

Ermənistanın verdiyi qərar bu ölkədə rus dilinin unudulması, həmçinin Rusiyaya yaxın kadrların yetişməsinin qarşısını almağa hesablanmış bir addımdır. Müqayisə üçün deyim ki, bu, rus ordusunun Ermənistanı tərk etməsindən daha ciddi məsələdir. Moskva sözügedən addıma xoş münasibət göstərməyəcək”.

“Rusdilli məktəblərin Çexiya, Litva və Latviyada bağlanması vaxtilə Rusiyanın bərk qəzəbinə səbəb olmuşdu. Mümkündür ki, V.Putin, ya da digər bir rus rəsmisi yaxın müddətdə bu məsələ ilə bağlı Ermənistana ünvanlı hədə dolu çıxış edəcək. Hətta rus dili məsələsi Rusiya ilə Ermənistan arasında siyasi böhrana səbəb ola bilər”, – politoloq bildirib.скачать dle 12.1