Bia.Az

Ermənistan əsas “silah”ını itirdi: “Dəqiq plan var, 6 il əvvəl…”

Region
 4-09-2024, 01:55     382

“Erməni diasporunda Baş nazir Nikol Paşinyana qarşı narazılıq artır”.

Globalinfo.az xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının qanadı sayılan “Hay Data” mərkəzinin nümayəndəsi Kiro Manoyan deyib.

Onun sözlərinə görə, hətta Paşinyanın 6 il əvvəl hakimiyyətə gəlməsindən məmnun olanların belə baş nazir barəsində fikri dəyişib:

“Hazırkı hökumət dəqiq missiya və planla gəlib, onlar bunu addımbaadım gerçəkləşdirirlər. Plan isə Qarabağın itirilməsindən sonra Ermənistanı hansısa qeyri-erməni dövlətinə çevirməkdir. Təbii ki, bütün bunların nəticəsində diasporda narazılıq, məyusluq var. Müəyyən mənada onlar artıq Ermənistandan uzaqlaşıblar”.скачать dle 12.1