Bia.Az

Manoyan etiraf etdi: “Onlar Paşinyandan üz çeviriblər”

Region
 3-09-2024, 00:29     429

“Bu gün belə vəziyyətə düşməyimizin əsas səbəbi Ermənistan hakimiyyətidir”.

Globalinfo.az xəbər verir ki, bunu “Hay Dat”ın siyasi məsələlərə cavabdehlik daşıyan üzvü Kiro Manoyan deyib.

“Ermənistanın Baş naziri Nikol Paşinyandan narazılıq xeyli artıb. Hətta 6 il əvvəl dəyişikliklərə sevinən, nəyəsə ümid bəsləyən dairələr də aldandıqlarını anlayıblar. Bu orqanlar aydın missiya və proqramla gəliblər və mərhələli şəkildə onları həyata keçirməyə çalışırlar. Diasporu narahat edən məsələ Ermənistanın bir növ qeyri-erməni dövlətinə çevrilməsidir. Təbii ki, narazılıq, məyusluq var. Hətta müəyyən mənada Ermənistan hökumətindən üz çeviriblər”, – deyə Manoyan vurğulayıb.скачать dle 12.1