Paşinyandan sərt xəbərdarlıq: “Rusiya kimi dövlətlər haqqında…”

“Başqa ölkələr, xüsusən də Rusiya kimi dövlətlər haqqında təhqiramiz və ya istehzalı danışmaq olmaz”
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, tərəfdaş ölkədən danışarkən sərt ritorikadan istifadəni düzgün hesab etmir.
“Mən Rusiya Prezidenti ilə əlaqə saxlayıram. Bizim iş üslubumuz isə qarşılıqlı hörmətə bağlıdır. Mən sərt ritorikanı qətiyyən qəbul etmirəm. Çünki bu, səhvdir. Başqa ölkələr, xüsusən də Rusiya kimi bir dövlət haqqında təhqiramiz və ya istehzalı danışmamalısınız. Problemləriniz ola bilər, onları aradan qaldırmalısınız. Əgər belə səhvlərə yol vermişiksə, onları özümüz düzəltməliyik. Çünki dövlət tamam başqa düşüncə müstəvisidir. Əgər biz güclü, müstəqil, suveren dövlətə sahib olmaq istəyiriksə, bu düşüncə müstəvisinə qalxmalıyıq”, – deyə Paşinyan vurğulayıb.