Düşməni İranın “qırmızı xətti”ni işğal edir – Tehranda ölüm sükutu

ABŞ-ın Ermənistanda hərbi varlığını artırması regionda ciddi narahatlıq doğurur. Bu qüvvələrin İranla sərhəddə yaxın ərazilərdə yerləşdirilməsinə Tehranın səssiz qalması diqqət çəkir.
Zəngəzuru “qırmızı xətti” elan edən Tehran hakimiyyəti ABŞ-ın regiondakı hərbi varlığından narahat deyilmiş kimi davranır. Bəzi ekspertlər isə hesab edir ki, İran Qərb silahlarının Ermənistana daşınmasında tranzit ölkə rolunu həvəslə oynayır.
İran ABŞ-ın Zəngəzurda, bütövlükdə bu regionda hərbi-siyasi baxımdan təmsilçiliyinə nə üçün dözümlü yanaşır? Bu susqunluğun səbəbi nədir?
Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, İran uzun müddətdir Qərbin Ermənistandakı varlığına normal yanaşır:
“Hətta Aİ missiyası Ermənistana gələndə Tehran bu məsələdən narahat olmadığını rəsmi şəkildə bəyan etmişdi. Başqa cür desək, İran özünə təhdid kimi gördüyü məsələlərdə Ermənistan faktorunu gördükdə tolerant yanaşır.
Fərid Şəfiyev
ABŞ-ın region gəlməsində vəziyyət fərqlidir, yəni İran bundan narahat olmaya bilməz. Sadəcə, Tehran hələlik bunu büruzə vermir. Ehtimal ki, ABŞ-ın Ermənistandakı hərbi varlığı İranı narahat edəcək səviyyədə deyil. Amma Vaşinqton Ermənistandakı hərbi varlığını artırar və İrana təhdid yaradacaq səviyyəyə gələrsə, Tehranın reaksiyasının şahidi ola bilərik”.