Bia.Az

Ermənilər Ararat Mirzoyan və arvadının şəkillərindən qəzəbləndilər - FOTO

Region
 5-08-2024, 13:15     511

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məzuniyyətdən şəkilləri yayılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, şəkillərdə Mirzoyan həyat yoldaşı Qohar Abajyan və uşaqları ilə birgə görüntülənib.

Fotolar Şotlandiyanın Edinburq şəhərində çəkilib.

Nazirin Avropada ailəvi istirahətdən çəkilən şəkilləri erməni sosial şəbəkələrində birmənalı qarşılanmayıb.

Bəzi ermənilər əhalinin yaşayış səviyyəsinin aşağı olduğu zamanda Mirzoyan da daxil nazirlərin Aropadakı bahalı istirahət məkanlarında dincəlməsinə istehza ilə yanaşıb, hətta qəzəb nümayiş etdiriblər.

Ermənilər Ararat Mirzoyan və arvadının şəkillərindən qəzəbləndilər


скачать dle 12.1