Bia.Az

Keşiş Paşinyanı hədələdi: “Vaxtı çatıb”

Region
 16-07-2024, 00:36     485

“Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyanı məhkəməyə vermək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə arxiyepiskop Müqəddəs Anna kilsəsinin həyətində keçirilən aksiyada deyib.

Keşiş ona böhtan atdığına görə, Nikol Paşinyana qarşı cinayət işi açmaq niyyətində olduğunu açıqlayıb.

“Parlamentdə çıxışı zamanı “qalstuklu şeytan” bildirib ki, arxiyepiskop polisə yaxınlaşıb və deyib ki, nahaq yerə dəbilqə taxmisiniz, heç bir hadisə baş verməyəcək. Sonra həmin şəxs (Paşinyan -red) polisə daş atma prosesini təşkil etməyə gedib”, – deyə qalstanyan bildirib.

O, Ermənistanda məhkəmə sisteminin işlək olub-olmadığını yoxlamağın vaxtı çatdığını deyib və Paşinyanı hədələyib.скачать dle 12.1