Bakının bunu gündəmə gətirməsi göstərir ki, tezliklə… – Surenyants

Bakının beynəlxalq meydançalarda konstitusiya dəyişikliyi məsələsini davamlı olaraq gündəmə gətirməsi o deməkdir ki, təkcə Azərbaycan yox, Qərb də tezliklə İrəvəndan ana qanununu dəyişməsini tələb edəcək.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Onun sözlərinə görə, Paşinyan bu planda Qərb üçün uyğun tərəfdaşdır, çünki Qərb dairələrinin istənilən şeyə rəğmən sülh tələbini uğurla icra edə bilir:
“Tezliklə biz Paşinyanın bu məsələdə mühazirəsini eşidəcəyik. O deyəcək ki, əgər konstitusiyanı dəyişməsək, öküzlər bizi əzəcək. Gözlənilən, tarixi müqavilə barədə öyrənilməsi labüd şey budur”.