Cənubi Qafqazda regional müharibə olacaq – Xanumyan

“Regional müharibə logistika ətrafında olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu qondarma rejimin “naziri” olmuş Ayk Xanumyan deyib.
“İran və Rusiya Mərkəzi Asiya və Cənubi Qafqazın onların təsirindən çıxmasına imkan verməyəcək. Sözügedən məsələ məhz bu regionda həll olunmalıdır. Ona görə də bu partlayış yalnız bizim regionda baş verəcək. Odur ki, Ermənistana Şimal-Cənub, Şərq-Qərb layihələrində təşəbbüs göstərməyə çalışmaq üçün fəal siyasət lazımdır ”, – deyə Xanumyan vurğulayıb.