"İrəvan Qarabağ ermənilərini siyasi hədəfə çevirir" - "Sputnik Armenia"

"Ermənistan hökuməti Dağlıq Qarabağdan köçüb gəlmiş ermənilərin problemlərinə həll tapmaq əvəzinə onları borclu çıxarır".
AzVision.az xəbər verir ki, bu sözləri "Sputnik Armenia"ya müsahibəsində erməni iqtisadçı Suren Parsyan dilə gətirib.
O bildirib ki, hakimiyyət Qarabağ ermənilərinin iqtisadi rifahı naminə büdcədən yardım ayırsa da, bu yardımı onların başına qaxır.
"Doğrudur, sözügedən yardım respublikanın illik büdcəsinin təxminən 5%-dir, lakin bu siyasi məqsəd daşıyır. Rəhbərlik həmin şəxslərə mənəvi təzyiq göstərərək, onları, əslində, özünə borclu çıxarmağa çalışır ki, hər hansı şəkildə etiraz bildirə bilməsinlər", - iqtisadçı vurğulayıb.