Bia.Az

Amerikalı keçmiş həmsədr: “Bakı və İrəvan sülhə çox yaxındır, amma…”

Region
 26-06-2024, 00:07     398

“Paşinyan dörd kəndi Azərbaycana təhvil verməklə çox inandırıcı addım atdı”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş amerikalı həmsədr Ceyms Uorlik deyib.

“Ermənistan və Azərbaycan sülh sazişi imzalamağa yaxındır. Amma hadisələrin necə inkişaf edəcəyini öncədən demək çətindir. Biz bu ssenarini əvvəllər dəfələrlə görmüşük. Yəni tərəflər qərara yaxınlaşıblar, lakin heç vaxt son addımı bilməyiblər. Danışıqların ətrafında cəmləşən bir çox məsələlər var. Birincisi, anklavlar məsələsidir ki, bu, artıq həll olunmuş kimi görünür. Baş nazir Paşinyan dörd kəndi təhvil verməklə çox inandırıcı addım atıb. İkincisi, demarkasiya və delimitasiya məsələsidir ki, bu, kifayət qədər uzun müddət tələb edəcək. Üçüncüsü, nəqliyyat və kommunikasiya məsələsidir. Xüsusən də Azərbaycanla Naxçıvan arasında quru əlaqəsi çox önəmlidir. Bu, daha mürəkkəb məsələdir. Təkcə bu problemi həll etmək yox, həm də dəhlizin yaradılması yolunu müəyyən etmək hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycan dəmir yolu dəhlizinin olmasına hazır görünür və bunu alqışlayır. Ermənistan da ticarət və kommunikasiyaya yol aça biləcək belə bir layihəni alqışlamalıdır. Düşünürəm ki, tərəflər razılığa gələ biləcəklər”, – Uorlik vurğulayıb.скачать dle 12.1