Bia.Az

Paşinyan: “Erməni xalqı artıq vuruşmaq istəmir, yaşamaq istəyir”

Region
 24-06-2024, 00:30     508

“Azərbaycan deyir ki, “siz mənə 30 il yaşamağa izin vermədiniz, mən də sizə izin verməyəcəm” və bu bizim öhdəsindən gəlməli olduğumuz ən böyük çağırışdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Mülki Müqavilə Partiyasının Ankavan şəhərindəki iclasında deyib.
“Hələ böyük güclər də var və onlar deyirlər ki, “Bir dəqiqə. Sən necə yaşamaq istəyirsən? Sən axı yaşamalı olan xalqlardan deyilsən, sən əziyyət çəkməli olan xalqlardansan. Sən əziyyət çəkməlisən, sən emiqrasiya etməlisən, səni öldürməlidirlər. Sən gərək bütün bunlardan keçərək, mübarizə aparıb, gəlib mənə xilas haqqında yalvarasan. Mən isə gəlib səni xilas etməliyəm ki, səni öldürməyə davam etsinlər və sən də mübarizə aparsan”” – deyə o bildirib.

Paşinyanın sözlərinə görə, onun hakimiyyətinin müraciəti ondan ibarətdir ki, onlar daima müharibə istəmirlər, sadəcə yaşamaq istəyirlər. O, Ermənistan cəmiyyətinə yaxşı yaşamaq üçün azadlıq verilmədiyini söyləyib.скачать dle 12.1